DataLife Engine > Çempionat > Futzal üzrə Yüksək Liqanın püşkü atıldı

Futzal üzrə Yüksək Liqanın püşkü atıldı

Sportfm.az xəbər verir ki, püşkdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti  Rəmiş Malıyev struktur və vəzifə dəyişiklikləri, eləcə də federasiyanın rəsmi saytının istifadəyə verilməsi, AFFA tərəfində Yarışların Təşkili və Keçirilməsi şöbəsinin kuratoru təyin edilmiş Zaur Hacı-Məhərrəmov isə əsasnamə, eləcə də tətbiq ediləcək yeniliklər barədə  məlumat verib. Daha sonra hər 3 liqanın yeni mövsümünün püşkü atılıb.
Qeyd edək ki, Yüksək Liqada 7 klub mübarizə aparacaq. Oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq. Yekunda ilk 4 (1*4, 2*3) yeri tutmuş komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. İki oyundan ibarət yarımfinal matçlarının qalibləri çempionu, məğlubları isə bürünc medalın sahibini müəyyənləşdirəcək oyunda iştirak edəcək. EKOL birinci turda istirahət edəcək. Birinci Liqada 16, İkinci Liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək.
Yüksək Liqa, I tur
12 sentyabr
Saat 12:30 Xəzər Cənub – Neftçi İK
Saat 14:30 Yasamal FK - Araz
Saat 16:30 Yasamal İSK - Liman 
Birinci Liqa I tur
14-15 sentyabr
Sovetski FK - Şərq
Metropoliten - Baku Fire
Yasamal Fk B - Absheron FK
Çinar Cəbrayıl - U-19
Green Log - Fizuli FK
Standard - Zəngilan
AZMİU – ADBTİA
Ulduz - Baku Fans 
İkinci Liqa I tur
16 sentyabr
Baku Fire-2 - Borçalı FK
Gilan Construction – Hicran
Xəzər – STAR kargo
Təbriz – Obolon
Bibi - Heybət - Rəvan FK
Baker Tilly – Hövsan
Avanqard FK - Baker Hughes
Dalğa - Atletiko Baku
Bədr FK Xocalı – Advokat
Gənclik İK - SAB
Qeyd: Birinci və İkinci liqalarda oyunların başlama saatı barədə əlavə məlumat veriləcək. Hər 3 liqada I turun oyunları Bakı İdman Sarayında keçiriləcək.



Вернуться назад