DataLife Engine > Çempionat / Müsahibə > Oktay Rüstəmli:"Araz" çempionluğunu qoruyacaq.

Oktay Rüstəmli:"Araz" çempionluğunu qoruyacaq.

Futzalçı komandayla bağlı maraqlı fikirlər bildirib.


İlk turun oyunları bəlli oldu,bu il "Araz" yenidən çempionluğu əldə edə biləcəkmi?
-İlk tur "Yasamal"la qarşılaşacağıq.

İnanıram ki, maraqlı oyun bizi gözləyir və hər zaman olduğu kimi "Araz"ın hədəfi yalnız çempionluq olacaq.


Yeni komandalar haqqında fikirləriniz...
-Bu il yeni klublar iştirak edəcək və hər bir komanda yaxşı nəticə göstərmək üçün daha çox çalışacağını düşünürəm.
Bildiyimə görə,yeni komandalarda iranlı oyunçular üstünlük təşkil edəcək.Bütün komandalara uğurlar arzulayıram.


Çempionlar Liqasında çıxış edəcək "Araz" komandası hazırlıqlarını necə davam etdirir?
-Bildiyiniz kimi,oktyabr ayının 3-ü bizi çətin sınaq gözləyir. Bunun üçün çox çalışırıq, məşqlərimiz intensiv davam edir.
Qrup oyunlarında yaxşı nəticə əldə edəcəyimizə inanıram.


Komandada baş verən oyunçu dəyişiklikləri oyunlara necə təsir göstərəcək? "Araz" əvvəlki oyununu sərgiləyə biləcək?
-Mən,komanda yoldaşlarıma və özümə güvənirəm. Yaxşı oyun göstərib,legionerlərin yoxluğunu hiss etdirməməyə çalışacağıq.
"Araz" həmişə öz oyununu və öz çempionluğunu qoruyacaq.


Mina Musayeva
Futsal.az




Вернуться назад