Реклама
Вход
Parolun bərpası  Регистрация
» » » İranlı iş adamı Azərbaycan klubunun sponsoru oldu

İranlı iş adamı Azərbaycan klubunun sponsoru oldu

Müallif: Admin    26-08-2018, 10:06

Bu haqda Sportfm.az saytına 2014-cü ildə komandanı təsis edən Orxan Allahverdiyev məlumat verib:"Ötən mövsüm çıxışımızdan razı qalmadım. Komandanın heyətini gücləndirmək istəyirdim. Bunun üçün sponsor axtarışına çıxdıq. Bir çox təklifləri gözdən keçirdik. Və sonda iranlı iş adamı Hossein Hafizi ilə ortaq məxrəcə gəldik. Yeni mövsümdə komandanın maliyyə xərclərini öz üzərinə götürəcək biznesmen futzala yad adam deyil. O uzun illərdir İranda bu sahəyə sərmayə yatırır". "Yasamal"ın idman direktoru iranlı iş adamının Azərbaycan klubuna maraq göstərməsinə də aydınlıq gətirib:"Bizim heyətimizdə xeyli sayda iranlı futzalçı çıxış edir. Ona görə son zamanlar oyunların canlı yayımlanması ilə də əlaqədar qonşu ölkədə "Yasamal"a maraq artıb. Növbəti mövsüm komandamıza bir neçə iranlı oyunçu cəlb etməyi planlaşdırırıq".


Klub rəsmisi yeni mövsümdə hədəflərini də açıqlayıb:"İddialı klub olacağıq. Mükafatçılar sırasına düşmək, hətta qızıl medalları belə qazanmaq istəyirik. Uzun müddətdir əsas heyətimizdə yer alan oyunçularımızla müqavilələrimizi yeniləmişik." Allahverdiyev boş qalan baş məşqçi postuna bir neçə namizədin olduğunu da söyləyib:"Klubun yeni sponsoru bu məsələdə tələsmir. Düzgün seçim etmək fikrindəyik. Uzun müddətli bir planımız var. Ona uyğun çalışdırıcı olmalıdı. Ölkə futzalının inkişafına töhfə vermək istəyirik."

Qeyd edək ki, hələ ki, Yüksək Liqada cəmi 6 klub iştirakını təsdiqləyib. 

145   Səhv tapmısınız?   
Реклама

Həmçinin tövsiyyə edirik

28-08-2018, 13:26

Banişevskinin şuşalı aşiqi Esya

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə
26-08-2018, 10:03

Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"?

Ötən gün ölkə çempionu olan "Araz" futzal klubu son mövsümdə "İtaldizain"ın şərəfini qoruyan 21
26-08-2018, 09:57

"Çempionlar Liqasında çətin olacaq"

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva
26-08-2018, 09:25

Orxan Allahverdiyev: Çempionata yaxşı hazırlaşmışıq.

"Futsal.az" saytının bu dəfə ki,müsahibi "Yasamal FK"-nın rəhbəri Orxan Allahverdiyevdir.
26-08-2018, 00:59

Komandalar Yüksək Liqada oynamaq istəmir!

Sportfm.az saytının əldə etdiyi məlumata görə, artıq yavaş-yavaş məsələyə aydınlıq gəlir. 
26-08-2018, 00:49

Futzal mövsümünə baxış

Çərşənbə axşamı Bakı İdman Sarayında “Uğur” və “Marafon” komandaları arasında kubok qarşılaşması
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Şərhi əlavə edin
Adınız: *
e-mail: *
Kod: Кликните на изображение чтобы обновить код, если он неразборчив
Kodu daxil edin:
Reklam