DataLife Engine > Komandalar / Müsahibə > "Yasamal" futzal klubu ilk transferini reallaşdırıb.

"Yasamal" futzal klubu ilk transferini reallaşdırıb.

Tural Lətifov yenidən komandaya cəlb olunub.

Komandanın oyunçusu "Futsal.az" saytının suallarını cavablandırıb.


Necə oldu ki "Yasamal" klubuna dəvət aldız?

- 2018-ci ildən komandaya qoşulmuşdum.Zədə səbəbindən sadəcə son iki oyunda iştirak edə bildim.Bu il yenidən komanda ilə sezonun sonuna qədər müqavilə bağlamışam.


Bundan əvvəl hansı komandalarda çıxış etmisiniz?

- 2011-2014 cü illərdə Rusiyada "MFK Dinamo Tyumen","FK Stroitel","MFK Viraj" komandalarında çıxış etmişəm.Daha sonra futbol ilə bağlı olaraq futzala ara verməli oldum.2018-ci ildən yenidən futzala qayıtdım.


Çempionata az qalıb,hazırlıqlar necə gedir?

-Deyərdim ki,bu sezona iddialı başlayacağıq.Komandamız bir neçə güclü futzalçıları sıralarına qatıb.Hələki tam heyət ilə hazırlaşmırıq,amma bu həftədən bütün heyətlə məşqlərimiz olacaq.


"Yüksək Liqada" yer alan rəqib komandalar haqqında fikirləriniz?

-"Araz" komandasının gücü hamıya bəllidi.Çox güclü kollektivdən ibarətdir.Yeni sezona "Neftçi İK" və "Ekol" komandaları da iddialı gəlir.Son 3-4 ildə stabil olaraq Yüksək Liqada yer alan 4 komanda var.Bildiyimə görə, liqaya 2 yeni klub da qoşulub.Əsas mübarizə "Yasamal", "Araz","Ekol","Neftçi" komandaları arasında olacaq.Hər birinə uğurlar arzulayıram.


Mina Musayeva
Futsal.az




Вернуться назад