DataLife Engine > Komandalar / UEFA kuboku > Çempionlar Liqasında "Araz"ın rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında "Araz"ın rəqibləri müəyyənləşdi

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz”ın sonuncu rəqibi də müəyyənləşib.
Sportfm.az xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda “Veles”lə qarşılaşan “Valletta” 8:5 hesabı ilə qələbə qazanaraq birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb.
Beləliklə, əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq “Araz” “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” (Malta) komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.  




Вернуться назад