DataLife Engine > Komandalar > "Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq!

"Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq!

Sportfm.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Joze Alesionun istəyi ilə bir müddət öncə transfer edilən 2 braziliyalı futzalçı yeni mövsümdə Naxçıvan təmsilçisinin heyətində yer almayacaq. Söhbət Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo Silvadan gedir. 28 yaşlı Eder və  25 yaşlı Riçard komandanın məşqlərinə qoşulmadan geri yola salınıb. Buna səbəb isə klubda maliyyə sıxıntısının yaşanmasıdır. “Marreco” klubunun üzvləri ilə yanaşı, komandaya cəlb edilməsi gözlənilən digər legionerlərin də yolunu gözləməyə dəyməz. Belə ki, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qərarı ilə "Araz" yeni mövsümdə yığmamızın şərəfini qoruyan Tyaqo ilə bərabər ancaq yerli oyunçulara güvənəcək.
Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Araz"ın üzvü Qallo İspaniyanın "Levante", Eduardo isə Fransanın "Acces Futsal" klubu ilə anlaşmışdı.

SportFM




Вернуться назад