Реклама
Вход
Parolun bərpası  Регистрация
» » » "İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdır" - Rövşən Hüseynli

"İstənilən rəqibə hörmətlə yanaşmaq lazımdır" - Rövşən Hüseynli

Müallif: Admin    28-08-2018, 12:08
Bu komanda ilə oyun daha çətin keçəcək”. SportLine.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
O, Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə açıqlamasında UEFA Çempionlar Liqasının püşkatmasını dəyərləndirib. Hüseynli onları çətin sınağın gözlədiyini vurğulayıb: “İstənilən rəqibə hörmətlə yanaşmaq, onları ciddi qəbul etmək lazımdı. İlkin mərhələdə mübarizə aparacaq potensial rəqiblərimiz arasında ikisini xüsusilə fərqləndirmək istərdim. E qrupunda Makedoniya təmsilçisi “Veles”in, F qrupunda isə Hollandiyanın “Hovokobo” komandasının daha güclü təsir bağışladığını qeyd edə bilərəm. Təbii ki, bunlar ehtimallardı. Fikrimizi bildiririk, amma nəticənin necə olacağını oyunlar başa çatdıqdan sonra biləcəyik”.
Qolkiper turnirin adının dəyişdirilməsinin iştirakçılar üçün əlavə stimul olacağını bildirib: “Ötən ilə qədər UEFA kuboku adlandırılan yarış indi Çempionlar Liqası adı altında keçiriləcək. Bu da iştirakçı komandalara əlavə stimul verəcək, qalib olmaq üçün motivasiyanı artıracaq”.
Hüseynli “Araz”dan ayrılanlar haqda da danışıb. O, hər bir futzalçının komanda üçün vacib olduğunu vurğulayıb: “Hər bir oyunçu bizim üçün vacibdi. Edu və Qalonun gedişi hiss olunacaq, ancaq onlarsız nəticə qazanmağın mümkünsüzlüyü fikri yaranmamalıdı. Rəhbərlik və baş məşqçi yeni transferlərlə komandanı əvvəlkindən güclü edəcəklər. İstənilən halda, ötənilki nəticənin təkrarlanmasına imkan verməməliyik. Ötən il ardıcıl iki qələbə qazandıq, ancaq “Deva” ilə matçda sanki oyunumuz alınmadı, “qara zolağ”a düşmüşdük. Çempionlar Liqasında isə buna yol verməyəcəyik. Təbii ki, məqsədimiz “Dördlər finalı”na vəsiqə qazanmaqdı”.
Qeyd edək ki, “Araz” oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli “Luçeneç”, ilk mərhələdə E və F qrupunun qalibi olacaq komandalarla qarşılaşacaq. E qrupunda “Veles” (Makedoniya), “Valleta” (Malta), “Futsamba Naas” (İrlandiya) və “Kosmos Tallin” (Estoniya), F qrupunda “Hovokobo” (Hollandiya), “Ridinq” (İngiltərə), “Vitis” (Litva) və “Murata” (San Marino) qüvvəsini sınayacaq.

sportline.az
73   Səhv tapmısınız?   
Реклама

Həmçinin tövsiyyə edirik

26-08-2018, 10:03

Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"?

Ötən gün ölkə çempionu olan "Araz" futzal klubu son mövsümdə "İtaldizain"ın şərəfini qoruyan 21
26-08-2018, 09:57

"Çempionlar Liqasında çətin olacaq"

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva
26-08-2018, 09:25

Orxan Allahverdiyev: Çempionata yaxşı hazırlaşmışıq.

"Futsal.az" saytının bu dəfə ki,müsahibi "Yasamal FK"-nın rəhbəri Orxan Allahverdiyevdir.
26-08-2018, 01:04

Zaur Axundov: "Gözümün qabağında bir futbolçu böyüyür"

AFF-in mətbuat xidməti "futbol dili” ilə desək, bu gün birinci hissənin final fitini səsləndirəcək
26-08-2018, 00:56

"Araz"da maliyyə böhranı - komandada legioner olmayacaq!

Sportfm.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Joze Alesionun istəyi ilə bir müddət öncə
26-08-2018, 00:49

Futzal mövsümünə baxış

Çərşənbə axşamı Bakı İdman Sarayında “Uğur” və “Marafon” komandaları arasında kubok qarşılaşması
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Şərhi əlavə edin
Adınız: *
e-mail: *
Kod: Кликните на изображение чтобы обновить код, если он неразборчив
Kodu daxil edin:
Reklam