Namiq Məmmədkərimov kimdir?
-Hal-hazırda millinin futzalçısı və "Ekol" komandasının kapitanı. Məmmədkərimov qardaşları kimi də tanınırıq.
Necə oldu ki futzala gəldiniz?Futzala gəlməyinizə kim səbəb olub?
-Böyük futbolda karyeram yaxşı alınmadı. Qardaşımın dəstəyi ilə futzala gəldim və özümü yoxladım. Qardaşım Natik,o zaman Əbdülqəni müəllimin başçılıq etdiyi "Nab Spor" komandasında yer alırdı. Mən də o kamandaya gəlib,futzalın sirlərini öyrənməyə başladım.
Əvvələ qayıtsaydız yenə idmançı olub, bu sahəni seçərdiniz yoxsa özünüzü başqa idman növündə sınayardınız?
-Xeyir,yenə də futbolu seçərdim.(gülür)
Unutmadığınız oyun
-2010-cu il Avropa Çempionatında Portuqaliya ilə qarşılaşmışdıq. Mənim üçün maraqlı oyun olmuşdur.
Futzalda nələr qazanmısız?
-10 qat Azərbaycan çempionu, kuboklar artıq yadimda deyil (gülür).
Şərhlər(230)