Реклама
Вход
Parolun bərpası  Регистрация
» » » Ağatahir Əzimov: “Əsas çatışmazlıq təcrübəsizliklə bağlıdır”

Ağatahir Əzimov: “Əsas çatışmazlıq təcrübəsizliklə bağlıdır”

Müallif: Admin    3-09-2018, 14:52
Bu gün Bakı İdman Sarayında “Gömrükçü” komandası ilə yoxlama oyunu keçirən və məğlub olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığmasının məşqçisi Ağatahir Əzimovun oyunla bağlı aff.az-a açıqlaması:
“Rəqibimiz həvəskar komanda olsa da, heyətində Renat Sultanov, Seymur Məmmədov, Ramil Həsənzadə, Vüsal İsayev kimi təcrübəli oyunçular yer almışdı. Digər oyunçular gömrük işçiləri olsalar da, vaxtilə futbol, futzal oynayıblar. Bizim oyunçular isə futzal məktəbi keçməyiblər, üstəlik təcrübəsizdirlər. Əksəriyyətini böyük futboldan cəlb etmişik. Bilirsiz ki, iyulun 5-dən bu komandanı formalaşdırmağa başlamışıq. Seleksiya işləri apardıq və hazırda 16 futzalçı məşqlərdə iştirak edir. Axtarışlarımız davam edir, yaxşı oyunçu tapsaq, dərhal komandaya cəlb edəcəyik. Oyuna gəldikdə, birinci matçımız olmasına rəğmən, uşaqlar pis təsir bağışlamadılar. Qolları səhvlərimizdən buraxdıq. Əsas çatışmazlıq təcrübəsizliklə bağlıdır. Təsəvvür edin, rəqib outdan topu oyuna daxil edir, oyunçumuz dayanıb ona baxır ki, görək necə başlayır. Halbuki topun hərəkət istiqamətini məhdudlaşdırmalıyıq. Biz isə rəqibə topu oyuna rahat daxil etmək üçün imkan yaradırıq, lazım olmayan yerdə rəqibi keçməyə çalışırıq. Qolların demək olar, 90 faizini öz səhvlərimizdən buraxdıq. Hansı ki, həmin qolları buraxmaya bilərdik. Bunları aradan qaldırmaq üçün çox işləməliyik. Cəmi iki aydı işə başlamışıq. Oyunlar keçirdikcə həm təcrübə toplayacağıq, həm də səhvlərimiz azalacaq”.
AFF
54   Səhv tapmısınız?   
Реклама

Həmçinin tövsiyyə edirik

3-09-2018, 14:50

U-19 yoxlama oyunu keçirib (fotoreportaj)

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib.
31-08-2018, 18:29

SSRİ yığmasında oynayan azərbaycanlını uçuran ""Xəzri" küləyi"

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə
28-08-2018, 13:26

Banişevskinin şuşalı aşiqi Esya

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə
26-08-2018, 09:57

"Çempionlar Liqasında çətin olacaq"

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva
26-08-2018, 09:21

Zaur Hacı-Məhərrəmov: “Olmasa, 6 komanda ilə start verəcəyik”

Futzal mövsümünün startına bir aydan bir qədər artıq müddət qalıb.
26-08-2018, 00:49

Futzal mövsümünə baxış

Çərşənbə axşamı Bakı İdman Sarayında “Uğur” və “Marafon” komandaları arasında kubok qarşılaşması
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Şərhi əlavə edin
Adınız: *
e-mail: *
Kod: Кликните на изображение чтобы обновить код, если он неразборчив
Kodu daxil edin:
Reklam