DataLife Engine > Müsahibə > Zaur Hacı-Məhərrəmov: “Olmasa, 6 komanda ilə start verəcəyik”

Zaur Hacı-Məhərrəmov: “Olmasa, 6 komanda ilə start verəcəyik”

Komandaların qeydiyyatı isə daha tez – üç həftə sonra, konkret avqustun 31-də başa çatacaq. Ancaq iştirakçı sayında yenilik yoxdu. Başqa sözlə, cəmi 6 komanda qeydiyyatdan keçib. “Araz”, “Ekol”, “Neftçi” və “Yasamal”la yanaşı, iki debütantdan – “Xəzər Cənub” və “Liman”dan başqa yaxın duran yoxdu. Əvvəlki mövsümlərdə iştirakçı komandaların sayı ən azı 7-yə çatırdı...
 Futzal yarışlarının təşkili üzrə əlaqələndirici Zaur Hacı-Məhərrəmov isə bu vəziyyətdən narahat deyil: “Hələ ki 6 komandadan başqa müraciət edən yoxdu. Ancaq maraqlı olan bəzi komandalar xahiş ediblər ki, vaxt verək. Komandalara avqustun 31-nə kimi vaxt vermişik. Olmasa belə, zorla baş tutan iş deyil ki. Deməli, 6 komanda ilə start verəcəyik. Keçən il 7 komanda olsa da, “Xəmsə” demək olar, oynamırdı. Bəzi qarşılaşmalar heç baş tutmadı, texniki məğlubiyyət verildi. O cür çempionatdansa, 6 iştirakçı olsun, amma keyfiyyət olsun. 
 Yüksək liqa üçün elə bir xüsusi tələb yoxdu. Sadəcə, komandanın maliyyə dayağı və yüksək liqaya hazır olması vacibdi. İstəmirik ki, komanda mövsümün ortasında çempionatı tərk etsin. Yəni “Xəmsə” kimi komandanın olması arzuolunmazdı. Bir çox oyunları təxirə salınıb, bəzi oyunlara gəlməyiblər, sonuncu turda da iştirak etməyiblər. Yəqin siz də razılaşarsız ki, bu arzuolunmazdı.
 Altı komanda olsa, çempionat dörddövrəli sistemlə keçiriləcək. Yüksək liqanın püşkatmasını sentyabrın 7-nə planlaşdırmışıq. Çempionat isə ayın 12-də başlayacaq. Yeri gəlmişkən, birinci liqa sentyabrın 14-15-də, ikinci liqa isə 16-da başlamalıdı”. 
 Futzal rəsmisi yeni mövsümün yeniliklərindən də danışdı: “Əvvəla onu deyim ki, bizdə yüksək liqa peşəkar, birinci və ikinci liqalar isə həvəskar statusludu. Yüksək liqanın Əsasnaməsi hazırlanır və çempionat buna uyğun keçiriləcək. Legioner limiti hələ ki müzakirə olunmayıb, bununla bağlı yeni yaradılmış İcraiyyə Komitəsində müzakirələr olacaq. İclas bu ay ərzində keçiriləcək. Bu məsələni rəhbərliklə müzakirə edəcəyik. 
 Bu mövsüm oyunçuların statusuna və keçidinə ciddi diqqət yetirilir. “Transfer pəncərəsi”ndən başqa, heç bir oyunçu komandanı dəyişə bilməyəcək. Qış “transfer pəncərəsi” gələn il yanvarın 1-31-i aralığını əhatə edəcək”. 
 MİRAĞA
Futbol+



Вернуться назад