DataLife Engine > Müsahibə > Orxan Allahverdiyev: Çempionata yaxşı hazırlaşmışıq.

Orxan Allahverdiyev: Çempionata yaxşı hazırlaşmışıq.

Çempionat əvvəli komandanın hazırlıqlarından söz açdıq. Müsahibəni təqdim edirik.

Hazırda "Yasamal" komandası hansı vəziyyətdədir?

-2014-cü ildən komandanı yaratmışam. Həmin vaxtdan məqsədimiz, Yüksək Liqada  naliyyətlər əldə etmək olub. Hər zaman istəmişik ki, klub kimi Azərbaycan futzalında öz sözümüzü deyə bilək.
 Futzalda müəyyən klublar olur ki, bir il yaranıb və dağılır. Bunlara baxmayaraq,mən də komandamı digər "Neftçi","Araz","Ekol" komandaları kimi burada möhkəmləndirməyi bacardım. Keçən ilki heyətimizi saxlamaqla,bu il çempionluğu əldə etmək istəyirik. "Araz"komandasında braziliyalı oyunçuların olmaması bizə üstünlük verir.
 Təbii ki,"Ekol"və "Neftçi" də güclü rəqibdir, hər zaman onlara məğlub olmuşuq. Amma,bu il həmin komandalara qarşı güclü mübarizə aparıb, başqa şəkildə oyun sərgiləyəcəyimizi düşünürəm.
 
 Komandada nə kimi dəyişiklik var?
 
 - Məşqçi dəyişikliyi edəcəyik.Hazırda iki məşqçi ilə danışıqlar aparırıq. Komandaya yeni oyunçuların cəlb olunması gözlənilir. Komandanın çoxu köhnə oyunçulardan ibarət olacaq.
 
 Komanda çempionata necə hazırlaşır? Məşq prosesləri necə gedir?
 

 - Fiziki məşqlərimiz olur. Həftədə 4 dəfə komanda məşq edir. Məşqlərimizin sayını çoxaltmaq istəyirik,buna görə də  hər zaman bizə kömək olan federasiyanın rəhbərliyinə müraciət etmişik.
 Çempionata yaxşı hazırlaşmışıq. Klubun yeni prezidenti Hüseyn Hafizi olacaq.
 
 "Yasamal"komandasından bu il nəyi gözləyək? Keçən mövsüm komandada nə çatmırdı?
 

 -Yaxşı nəticə göstərəcəyik. Keçən il tez- tez məşqçi dəyişikliyi olduğundan, bu səbəbdən axsamalar oldu. Bu il həmin problemi aradan qaldıracağıq.


Mina Musayeva
 Futsal.az






Вернуться назад