Реклама
Вход
Parolun bərpası  Регистрация
» » » Yığmamızın baş məşqçisi: "Seçim imkanımız elə də geniş deyildi"

Yığmamızın baş məşqçisi: "Seçim imkanımız elə də geniş deyildi"

Müallif: Admin    26-09-2018, 16:10
Keçən həftə Bakı İdman Sarayında Azərbaycan və Qazaxıstan futzal milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportfm.az saytı matçdan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Joze Alesio da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Əlbəttə, yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yerimələrinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım. Razıyam, müəyyən səhvlərə yol verdik. Xüsusilə də hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Bir qədər hücumda axşamalar oldu. Biz Yüksək Liqada milliyə hazır hesab etdiyimiz oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi”. 

Ricardo Kaka (Qazaxıstan milli komandasının baş məşqçisi): “Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq, dəyişikliklərlə tanış oldum. Yoldaşlıq oyunu keçirməyə ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi. Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı”.

SPORTFM.AZ
46   Səhv tapmısınız?   
Реклама

Həmçinin tövsiyyə edirik

21-09-2018, 00:26

“Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi

“7 komandaya nə ehtiyac var, tək “Araz”ı saxlayın, kuboku da ona verin” 
18-09-2018, 15:28

"Bu qarşılaşma bizim üçün əla test olacaq”

Xəbər verdiyimiz kimi, futzal üzrə Azərbaycan milli komandası sentyabrın 23-də Qazaxıstan yığması
31-08-2018, 18:29

SSRİ yığmasında oynayan azərbaycanlını uçuran ""Xəzri" küləyi"

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə
28-08-2018, 13:26

Banişevskinin şuşalı aşiqi Esya

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə
26-08-2018, 01:04

Zaur Axundov: "Gözümün qabağında bir futbolçu böyüyür"

AFF-in mətbuat xidməti "futbol dili” ilə desək, bu gün birinci hissənin final fitini səsləndirəcək
26-08-2018, 00:49

Futzal mövsümünə baxış

Çərşənbə axşamı Bakı İdman Sarayında “Uğur” və “Marafon” komandaları arasında kubok qarşılaşması
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Şərhi əlavə edin
Adınız: *
e-mail: *
Kod: Кликните на изображение чтобы обновить код, если он неразборчив
Kodu daxil edin:
Reklam