DataLife Engine > Xəbər xətti > Azərbaycanlı futzalçı dünyasını dəyişdi - Onun toyu olacaqdı

Azərbaycanlı futzalçı dünyasını dəyişdi - Onun toyu olacaqdı

Sportfm.az xəbər verir ki, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib. Belə ki, ötən gecə beşmərtəbli binanın həyətində yerləşən qarajdakı "Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb. Faktla bağlı cinayət işi başlanılıb. Elvin Zeynalov futzalçı olub və son mövsümdə Birinci Liqanın qızıl medalları qazanan "Hell Energy" komandasının qapısını qoruyub. 
Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun toy mərasimi olacaqmış. 

Həmçinin Azərbaycan Minifutbol Federasiyası "İCE" komandasının heyətində Alfa Liqada inamlı çıxışı və gözəl qurtarışlarıyla yadda qalan Elvin Zeynalovun vəfatıyla əlaqədar mərhumun ailəsinə, qohumlarına, dostlarına və komanda yoldaşlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Məkanı cənnət olsun! 



Вернуться назад