DataLife Engine > Xəbər xətti / Həvəskarlar > Gömrükçü futzalçılarımız Ermənistanı darmadağın etdi

Gömrükçü futzalçılarımız Ermənistanı darmadağın etdi

Belarusun Brest şəhərində gömrükçülər arasında ənənəvi futzal turniri davam edir. 
Sportfm.az xəbər verir ki, MDB dövlətlərinin gömrük komitələri arasında baş tutan turnirdə Azərbaycan gömrükçüləri də iştirak edir. Statusca MDB çempionatı sayılan və dairəvi sistemlə keçirilən yarışda sonuncu dəfə 10 il bundan əvvəl çıxış edən futzalçılarımız Ermənistan gömrükçüləri ilə üz-üzə gəlib. Komandamız ötən il bu turnirin qalibi olan erməniləri 4-0 hesabı ilə darmadağın edib. Matç boyunca rəqibindən üstün oyun sərgiləyən gömrükçilərimizin digər rəqibləri yerli Belarus Gömrük Komitəsinin "Merkuri" komandasının(Belarusun Yüksək Liqasında çıxış edir), Brest Gömrük İdarəsinin, Rusiya Gömrük Komitəsinin və Ukrayna Gömrük Komitəsinin futzalçılarıdır.  
Qeyd edək ki, Ermənistan yığmasının və turnirdə iştirak edən digər komandaların heyətində xeyli sayda peşəkar futzalçı yer alır. 

SPORTFM.AZ



Вернуться назад