DataLife Engine > Xəbər xətti / Müsahibə > Yığmamızın baş məşqçisi: "Seçim imkanımız elə də geniş deyildi"

Yığmamızın baş məşqçisi: "Seçim imkanımız elə də geniş deyildi"

Keçən həftə Bakı İdman Sarayında Azərbaycan və Qazaxıstan futzal milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportfm.az saytı matçdan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:

Joze Alesio da Silva (Azərbaycan milli komandasının baş məşqçisi): “Əlbəttə, yoldaşlıq oyununda nəticədən çox futzalçıların hazırlıq durumuna, verilən taktiki tapşırıqları nə dərəcədə yerinə yerimələrinə diqqət yetirilir. Məğlub olsaq da, oyun planında komandamdan narazı qalmadım. Razıyam, müəyyən səhvlərə yol verdik. Xüsusilə də hesabda geri düşdükdən sonra risk etməli olduq. Bu cür vəziyyətdə həm qol vura, həm də əksinə, buraxa bilərsən. Bir qədər hücumda axşamalar oldu. Biz Yüksək Liqada milliyə hazır hesab etdiyimiz oyunçuların hamısını dəvət etmişdik. Yəni seçim imkanımız elə də geniş deyildi”. 

Ricardo Kaka (Qazaxıstan milli komandasının baş məşqçisi): “Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq, dəyişikliklərlə tanış oldum. Yoldaşlıq oyunu keçirməyə ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi. Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı”.

SPORTFM.AZ



Вернуться назад