Реклама
Вход
Parolun bərpası  Регистрация
» » » Futzal mövsümünə baxış

Futzal mövsümünə baxış

Müallif: Admin    26-08-2018, 00:49
Çərşənbə axşamı Bakı İdman Sarayında “Uğur” və “Marafon” komandaları arasında kubok qarşılaşması baş tutdu ki, bununla da cari futzal mövsümünə yekun vuruldu. Tənqid üçün bol mövzulu mövsümlə bağlı qeydlərimizi sizinlə bölüşmək istəyirik.
Təqdir olunan yeniliklər və üzə çıxan qüsurlar
Futzal Federasiyasının rəsmi saytı olmasa da, “feysbuk” səhifəsi var, daha doğrusu, geridə qalan mövsümün yeniliklərindəndi. İnsafən, səhifəni “işlədən” həmkarımız nəinki yüksək, birinci və ikinci liqaların nəticələrini, protokollarını, yarışlarla bağlı anons və statistik məlumatları bizimlə bölüşür. Bundan başqa, əvvəlki mövsümlərdə bar-bar bağırırdıq ki, çempionat oyunları göstərilsin. “CBC Sport” bu boşluğu xeyli doldurdu, 20-yə yaxın qarşılaşmadan canlı yayın təşkil etməklə. Bu qədər informasiya və təbliğat bolluğunda gileylənmək məntiqsiz görünə bilər, amma bu da bəlli həqiqətdi ki, daha çox müzakirə olunan sahədə ayıblar da bol olur. Necə ki, futzaldakıları saymaqla bitib-tükənməz.
Üç (cüt) badam, bir qoz
“Bəh-bəh”lə startı verilən çempionatın elə əsas qüsuru tək sayda komandadan təşkil olunması idi. Futzal Federasiyası 8-ci iştirakçını tapa bilmədi və belədə hər tur bir komanda məcburi istirahət etməli oldu. Halbuki dünya reytinqindəki yeri ilə öyünən futzal ölkəsində komandalar çempionata qoşulmaq üçün federasiyanın qapısında növbəyə düzülməlidi. Necə olur, birinci və ikinci liqada iştirakçı sayı 14-16-ya çatdırılır, daha nüfuzlu yarışda iştirak etmək istəmirlər? Elə bilərsiz yüksək liqanın tələbləri arasında artıq xərc tələb edən nəsə var, belə deyil. İştirakçılardan üzvlük haqqı alınmır, intizam sanksiyaları arasında cərimələr olmur, belə yarışdan kim qaçar? İki dəst forma al, 10-12 ayağı top tutan uşağı bir araya gətir, oyna da özün üçün. Görünür, ya yüksək liqada ayrı-seçkilik, ya qərəzli hakimlik, ya da bilmədiyimiz nəsə var deyə, hamı qaçır. 
Cəzasızlıq, rəqabətsizlik
Əslində hakimlik ayrıca qeyd olunmalıdı. Hər tur eyni hakimlər gözümüzü yağır edib. Nə qədər yaşı 47-yə çatmış Elçin Səmədlini, aşağı liqalarla birgə hər həftə özünə 5-6 təyinat yazdıran Yusif Nurullayevi, Ramil Namazovu və Hikmət Qafarovu görmək olar? Düzdü, Xaqani Məmmədov bir-iki dəfə böyük futbolda “yarıdan”, futzalı da “ağ günə çıxarmağa gələn” Elçin Məmmədovun da xidmətinə ehtiyac duydu. 7 komandalı çempionat üçün 4-5 hakim yetərlidimi? Eyni məntiqlə, 8 premyer-liqa təmsilçisi üçün 10-11 referi, iki o qədər də laysman ayrılmasını necə başa düşək? Futzal çempionatında hakimliklə bağlı rəqabətsizlik, cəzasızlıq mühiti hökm sürür. Belə olmasaydı, komitə sədrinin “sürücüsü”, əlaqələrindən istifadə edib aşağı liqalarda təyinat bölgüsünü özü həyata keçirən Nurullayev illərdi yerində saymazdı. 
İlboyu açıq qalan “pəncərə” 
Futzal Federasiyası mövsümün əvvəlində “transfer pəncərəsi” ilə bağlı anons verir, klublara ildə iki dəfə “toqqalarının altını bərkitmək” fürsəti tanıyır. Ancaq sona 1 ay qalmış məlum olur ki, “üçüncü pəncərə” də açılıb. Buna başqa ad vermək olmur: kubok mübarizəsi başlayanda “Uğur”u yarışa müsabiqədənkənar buraxdılar. Guya VİP-di, ancaq sonradan məlum oldu ki, 2-ci liqada yarışan komanda adını dəyişməyib, bu tam başqa kollektivdi. Baş məşqçisi istisna olmaqla, heyət büsbütün yeni idi. İrandan 9 legioner gətirdilər, hətta “Neftçi”dən oyunçu transfer etdilər. Bu nə kubok idi, nə yarış idi, ölkə futzalına faydası nədi – başa düşən olmadı. 
Zəif məşqçilər və başabəla “Araz”
Azərbaycan futzalı heç vaxt mütəxəssis sarıdan korluq çəkməyib. Elman Ələkbərov, Şamil Üseynov, Hacıbala Abdullayev, Baba Əsgərov, İlqar Aslanov yüksək liqa təcrübəsi olan, hətta millidə çalışmış isimlərdi. Son mövsüm də 7 komandadan altısının “sükanı arxasında” dayanan yerli idi. Daha doğrusu, 5-nin baş məşqçisi var, “Yasamal”ı rəhbər şəxs Orxan Allahverdiyev özü meydana çıxarırdı. Yaxşı, görək yerli məşqçilər perspektivli, yaradıcı, dəst-xəttiylə seçilən mütəxəssislərdimi? Xeyr! “Neftçi”nin baş məşqçisi İlqar Aslanov belə gənc həmkarlarından - “Marafon”lu Elşad Quliyevdən, “Ekol”lu Radik Əhmədovdan, “İtaldizayn”lı Rafael Abdulovdan, “Xəmsə”li Arif Vəliyevdən seçilmədi. Kifayət qədər çempionat və kubok oyunu izləsəm də, onlardan heç birində məşqçi işini, “ev tapşırıqları”nı görmədim. Joze Alesio da Silvanın qatına gedən yoxdu. Yəni burda söhbət təkcə son illər hegemonluq edən “Araz”ın oyunçularının səviyyəsindən getmir. Ona qalsa, “Uğur”un gətirdikləri arasında İran, “Marafon”da Belarus yığmasının üzvləri var idi. Elə “Ekol” və “Neftçi”də də yığma üzvləri var. Sadəcə, Alesionun Azərbaycan çapında üstün məşqçi olmasının dvidendi nəticədə əksini tapır. 
Legionerlərin axınına çarə tapılmasa...
Mövsümü dəyərləndirəsən, legioner mövzusuna toxunmayasan, yazı natamam görünər. 2017/18-də 30-a yaxın legionerin xidmətindən yararlanan komandaların transfer siyasəti “qamçılanmalıdı”. Yeri gələndə, millimizdə top qovan “Araz”ın braziliyalılarını bəyənmirik, görün “Marafon”, “Yasamal”, “Neftçi” nə gündədi də. Gümüş mükafatçı olan “Marafon” iranlıları yola salıb Belarusdan 3 futzalçı dəvət etmişdi, “Araz”a şəxsi görüşdə uduzub “qızıl”dan ümidini kəsəndən sonra onları yola salıb əvvəl göndərdiklərini geri qaytardı. “Yasamal”dan isə danışmağa dəyməz, heyətin 70-80 faizini İrandan yığıb gətirdiyi fərsiz oyunçulardan quran komandanın turnir cədvəlində autsayder mövqeyində qərarlaşması hansı məntiqə sığır? 
Sözsüz ki, “Yasamal”, “Uğur” kimi komandaların Azərbaycan futzalına faydası yoxdu. Gələcəkdə milliyə 3-5 namizəd göndərməyəcəklərsə, gənclərə meydan verməyəcəklərsə, onları çempionata buraxmaq məsuliyyətsizlikdi. Ümumiyyətlə, Futzal Federasiyası bu işə əncam çəkməlidi. Limit tətbiq olunmasa, bundan ziyan çəkən millimiz olacaq. Rizvan Fərzəliyevin, Vitali Borisovun, Namiq Məmmədkərimovun davamçıları yetişməyəcək. 
MİRAĞA 

Bilin ki...
25 dəfə keçirilən ölkə birinciliyində “Araz” 13-cü çempionluğunu qeyd etdi. Daha iki komanda 3 dəfə ölkənin ən güclüsü olub. Söhbət “Avtomobilçi” və “Turan” AİR-dən gedir. İlk çempion isə “Nicat” olub. “Araz” ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı “Xəzər adaları” qırıb.
Qeyd edək ki, ilk çempionat 1993-cü ildə keçirilib. İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
1993 Nicat (Bakı)
1994/95 Azadə
1995/96 Avtomobilçi
1996/97 Avtomobilçi
1997/98 Avtomobilçi
1998/99 Azərneftyanacaq
1999/00 Azərneftyanacaq
2000/01 Turan AİR
2001/02 Turan AİR
2002/03 Tribut
2003/04 Turan AİR
2004/05 Araz
2005/06 Araz
2006/07 Araz
2007/08 Araz 
2008/09 Araz
2009/10 Araz
139   Səhv tapmısınız?   
Реклама

Həmçinin tövsiyyə edirik

28-08-2018, 13:26

Banişevskinin şuşalı aşiqi Esya

Korner.az və Sportfm.az saytlarının "Futzal: klublarımız haqqında bilmədiklərimiz və ölkə
26-08-2018, 10:03

Pulsuzluqdan şans qazanan futzalçılarımız Alesionu yenə "qaçırdacaqmı"?

Ötən gün ölkə çempionu olan "Araz" futzal klubu son mövsümdə "İtaldizain"ın şərəfini qoruyan 21
26-08-2018, 09:57

"Çempionlar Liqasında çətin olacaq"

Futzal üzrə Azərbaycan milli komandasının və “Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva
26-08-2018, 09:25

Orxan Allahverdiyev: Çempionata yaxşı hazırlaşmışıq.

"Futsal.az" saytının bu dəfə ki,müsahibi "Yasamal FK"-nın rəhbəri Orxan Allahverdiyevdir.
26-08-2018, 09:21

Zaur Hacı-Məhərrəmov: “Olmasa, 6 komanda ilə start verəcəyik”

Futzal mövsümünün startına bir aydan bir qədər artıq müddət qalıb.
26-08-2018, 01:04

Zaur Axundov: "Gözümün qabağında bir futbolçu böyüyür"

AFF-in mətbuat xidməti "futbol dili” ilə desək, bu gün birinci hissənin final fitini səsləndirəcək
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Şərhi əlavə edin
Adınız: *
e-mail: *
Kod: Кликните на изображение чтобы обновить код, если он неразборчив
Kodu daxil edin:
Reklam